Eddi oynadı, komandası 1 xal qazandı

Azərbaycan millisinin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu "Ximnastik" İspaniya Sequndasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, 22-ci tur çərçivəsində keçirilən görüşdə rəqib "Almeriya" kollektivi olub.

Qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

E.İsrafilov meydana start heyətində daxil olub və sonadək mübarizə aparıb.

Qeyd edək ki, hesabında 25 xalı olan "Ximnastik" 16-cı pillədə qərarlaşıb.