Elxan Məmmədov ilin baş məşqçisi adına kimi layiq görür?

"2016-cı ilin ən yaxşı baş məşqçisi adına Qurban Qurbanov daha çox layiqdir".  Bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib. O, "Qarabağ"ın baş məşqçisini Azərbaycan millisinə  rəhbərlik edən Robert Prosineçki ilə müqayisə edib. Baş katibin fikrincə, R.Prosineçki hazırda yol gedirsə, Q.Qurbanov bu yolun sonundadır.  AFFA rəsmisi Azərbaycan komandalarının sabit çıxış etməyə başladıqlarını da vurğulayıb: "Bu gün sevindirici haldır ki, komandalarımız müsbət mənada sabit nəticələr göstərir. Artıq "Qarabağ" və "Qəbələ" qrup mərhələsində çıxış edir, əsas millimiz seçmə mərhələdə yaxşı nəticə göstərir, futzal millimiz ilk dəfə qatıldığı dünya çempionatında 1/4 finaladək irəliləyib. Ən böyük arzumdur ki, "Qarabağ" Avropa Liqasının 1/16 final mərhələsinə yüksəlsin". 

 

report.az