Emeri karyerası ilə bağlı qərar verdi

Unay Emeri karyerasını "Aston Villa"da davam etdirəcək.

Sportline.az xəbər verir ki, ispaniyalı mütəxəssis bununla bağlı qərarını qətiləşdirib.

"The Athletic"in yaydığı xəbərə görə, o, Birmingem klubu ilə müqavilənin müddətini 2027-ci ilədək uzadacaq.

Qeyd edək ki, bundan əvvəl yayılan xəbərlərdə Emerinin "Barselona" və "Bavariya" klublarının maraq dairəsində olduğu bildirilirdi.