Erik Ten Haq ingiltərəli futbolçunu komandada istəmir

Erik Ten Haq ingiltərəli futbolçunu komandada istəmir.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki,"Mançester Yunayted" klubunun baş məşqçisi jurnalistlərin Ceydon Sanço ilə bağlı suallarına cavabladnırıb.

"Ceydon Sanço çox yaxşı futbolçudur. Başqa komandada yaxşı çıxış edəcəyini bilirdik amma bizimlə oyunu alınmır. Komandaya qayıtmasını istəmirəm çünkü bizim taktiki düzülüşümzə uyğun olmayan texnikası var"

Qeyd edək ki, Ceydon Sanço "Borussiya Dortmund" klubuna icarə əsasında transfer olunub.