Erik Ten Haq zədələrdən gileyləndi

"Mançester Yunayted"in baş məşqçisi Erik Ten Haq cari mövsümdəki zəif nəticələrin səbəbindən danışıb.

Sportline.az xəbər verir ki, niderlandlı mütəxəssis bunun əsas səbəbinin zədələrlə bağlı olduğunu deyib.

"Bu qədər zədənin öhdəsindən heç bir klub gələ bilməzdi. Uğur qazanmaq istəyirik və biz bunu bacarmalıyıq. Amma, hərdən belə mövsümlərlə də üzləşməli olursan", - deyə Ten Haq klubun rəsmi saytına açıqlamasında fikirlərini bölüşüb.

Qeyd edək ki, 27 turdan sonra aktivində 44 xal olan "Mançester Yunayted" 6-cı pillədə qərarlaşıb.