"Fənərbağça" "Arsenal"ın futbolçusunu istəyir

"Fənərbağça" hücum xəttini gücləndirməyi planlaşdırır.

Sportline.az xəbər verir ki, Edin Cekonun çıxışından razı qalmayan istanbullular onunla yolları ayırmaq niyyətindədirlər. 

Bosniyalı forvardın yerinə "Arsenal"ın hücumçusu Eddi Niketiya gözaltı edilib.

Bu haqda fanatik.com.tr məlumat yayıb.

24 yaşlı futbolçunun yay transfer dönəmində "Fənərbağça"ya keçəcəyi bildirilir.