"Fənərbağça"da Əziz Yıldırım dövrü bitdi

"Fənərbağça"nın yeni prezidenti müəyyənləşib. SportLine.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Koç Holding"in İdarə Heyətinin sədr müavini, "Ford Otosan" və "Yapı Kredi" Bankının İdarə Heyətinin sədri Ali Koç klubun yeni prezidenti seçilib. 

Qeyd edək ki, A.Koçun seçkidəki rəqibi 20 ildir "Fənərbağça"ya rəhbərlik edən Əziz Yıldırım olub. A.Koç 16092 səs topladığı halda, Ə.Yıldırım 4644 seçicinin etimadını qazanıb.