"Fənərbağça"nın Rusiya çempionatına qatılmaq ideyasına sərt reaksiya

Rusiya Futbol İttifaqının fəxri prezidenti Vyaçeslav Koloskov “Fənərbağça”nın Rusiya çempionatına qoşulmaq istəyi ilə bağlı fikirlərini bildirib.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, Koloskov mövzuya belə münasibət bildirib. 

“RPL Türkiyədən qovulmuş hansısa “Fənərbağça”nı qəbul etmək üçün yer deyil. Hansısa komanda qovulubsa biz onu götürməliyik? Ümumiyyətlə düşünün! Bu təşəbbüsü gercəkləşdirsək, RPL hansı imicdə olacaq? Bu, əsl biabırçılıqdır. Ona görə də, fikrimcə “Fənərbağça”nın Rusiya çempionatına dəvət mövzusu müzakirə olunmamalıdır”, - deyə Koloskov bildirib.

Xatırladaq ki, qalmaqallı “Trabzonspor” - “Fənərbağça” oyunundan sonra İstanbul klubunun prezidenti Ali Koç liqadan çəkilmək mövzüsunu müzakirə edəcəklərini bildirmişdi.