“Fənərbağça”nın sabiq məşqçisi dünya rekordunu qırmağa hazırlaşır

Portuqaliyalı mütəxəssis Jorje Jesus və komandası tarixə düşə bilər.

Sportline.az Trtspor.com- a istinadla xəbər verir ki, onun çalışdırığı “Əl-Hilal” bütün turnirlər daxil olmaqla çıxdığı son 27 qarşılaşmadan qalib ayrılıb.

Səudiyyə Ərəbistanı komandası martın 8-də səfərdə keçirəcəyi “Əl-Riyad”la oyundan da qalib ayrılacağı təqdirdə dünya rekorduna imza atacaq.

Belə ki, “Əl Hilal” martın 8-də “Əl-Riyad”a qalib gəlsə, dünyadaki ən uzun qələbə seriyasının sahibi olacaq.

Dünyadakı ən uzun qələbə seriyaları aşağıdakı kimidir.
1.TNS (Uels) 27 oyun (2017)
2.”Ayaks” 26 oyun (1972)
    “Əl-Hilal” 26 oyun (2024)
3.”Ayaks” 25 oyun (1995).

Qeyd ki Jorje Jesus ötən mövsüm “Fənərbağça” ilə Türkiyə kubokunun qalibi olub.