"Fənərbağça"nın ulduz futbolçusu Avropa klublarının diqqət mərkəzinə düşüb

"Fənərbağça"nın ulduz futbolçusu Avropa klublarının diqqət mərkəzinə düşüb.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, son zamanlardakı uğurlu təsir bağışlayan İrfan Can Kahveci Avropa klublarının maraq dairəsinə düşüb.

"Fənərbağça" klubunun rəsmiləri 28 yaşlı yarımmüdafiəçi üçün tələb olunan məbləğ təklif edilərsə keçidə icazə verəcəklərini bildiriblər.

Qeyd edək ki, İrfan Can Kahvecinin "sarı-lacivərtlər"lə müqaviləsi 2025-ci ildə başa çatır.