FİFA prezidenti Türkiyədə baş verənlərə münasibətini bildirib

FİFA prezidenti Canni İnfantino “Trabzonspor” - “Fənərbağça” oyunundan sonra yaşananlarla bağlı fikirlərini bildirib.

Sportline.az FİFA-nın rəsmi saytına istinadla xəbər verir ki, ali futbol qurumunun rəhbəri oyunla bağlı “ Super Liqada “Trabzonspor”-“Fənərbağça” matçından sonra azarkeşlərin törətdiyi bu hadisələr nə meydanda, nə meydandan kənarda  qəbulediləndir. İdmanımızda və cəmiyyətimizdə bu kimi hadisələrə yer yoxdur. Mən bunu əvvəllər demişəm və yenə deyirəm-futbolda hər bir oyunçu dünyada bir çox insana sevinc gətirən oyunu oynamaq üçün təhlükəsiz olmalıdır. Mən aidiyyatı qurumları bu qaydanı bütün səviyyələrdə tətbiq etməyə və Trabzonda baş verən sarsıdıcı hadisələrə görə məsulliyət daşıyanları cəzalandırmağa çağırıram”, - deyib.

Xatırladaq ki, dünən keçirilən “Trabzonspor”-“Fənərbağça” oyunundan (2-3) sonra meydanda daxil olan “Trabzonspor”lu azarkeşlər və qonaq komanda futbolçuları arasında əlbəyaxa dava yaşanıb.