FİFA yeni qaydaları təstiqlədi

FİFA Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı ilə bağlı bəzi yenilikləri rəsmən təstiqləyib. 

SportLine.az ali futbol qurumunun saytına istinadən xəbər verir ki, bu dəyişikliklər, əsasən, iki məsələ ilə bağlı olacaq:

1. Komandalar 4-cü əvəzetməni edə biləcəklər. Bu, oyunda əlavə vaxt oynanıldığı təqdirdə mümkün olacaq;

2. Mundial vaxtı videotəkrar sistemindən istifadə olunacaq. 

Qeyd edək ki, dünya çempionatı iyunun 14-dən iyulun 15-nə qədər keçiriləcək.