Firdovsi Umudov: Bizim bir dövlətimiz, bir bayrağımız var!

İran İslam Respublikasının Kirmanşah şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışlarında bürünc medal qazanan yığma komandamızın üzvləri Vətənə qayıdıblar. Sportline.az AGF-nin saytına istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında seçmə  komandanın baş məşqçisi Firdovsi Umudov media nümayəndələrinin suallarını cavablandırıb və qazanılan qələbənin ilk növbədə dövlətimizin qələbəsi olduğunu bildirib: