Gimnastımız “AGF Trophy” kubokunu qazanıb

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda “AGF Trophy” kuboku təqdim edilib.

Sportline.az xəbər verir ki, yarışda təsnifat mərhələsində çıxışına görə ən yüksək icra xalı toplayan idmançılar bu mükafata yiyələniblər.

Kişilər arasında kuboka Azərbaycan millisinin üzvü İvan Tixonov sahib çıxıb. Qadınların yarışında “AGF Trophy” kuboku çinli Siu Duya təqdim olunub.