Gürcüstan seçməsinin üzvü "Zirə"də

"Zirə" heyətini daha bir futbolçu ilə gücləndirib. SportLine.az xəbər verir ki, Gürcüstan millisinin üzvü Giorgi Qoroziya "qartallar"la razılığa gəlib. 

22 yaşlı mərkəz yarımmüdafiəçisi bunadək Norveçin yüksək liqasında çıxış edən "Stabek"in şərəfini qoruyub.

2014-cü ildən “Stabek”də çıxış edən yarımmüdafiəçi daha öncə vətənində Tiflisin “Lokomotiv” və Kutaisinin “Torpedo” klubunda forma geyib. Giorgi həmçinin Gürcüstanın U-17, U-19 və U-21 yığmalarında oynayıb. O, 2012-ci ildə Gürcüstanın U-17 komandası ilə Avropa çempionatının yarımfinalına qədər yüksəlib.

Qeyd edək ki, razılığa əsasən, futbolçu mövsümün sonunadək "Zirə"nin uğurları üçün çalışacaq.