Həndbol üzrə Azərbaycan çempionatlarının bombardirləri müəyyənləşib

Həndbol üzrə kişi və qadınlardan ibarət Azərbaycan çempionatlarında 6 turdan sonra bombardirlər müəyyənləşib.

 

Sportline.az Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətinə istinadla xəbərə verir ki, qadınlarda, həm də kişilərdə ən məhsuldar oyunçular “Azəryol”un üzvləridir.

 

Kamilə Bayramova qadınların mübarizəsində 48 qolla bombardirlər yarışına başçılıq edir. O, ən yaxın izləyicisini 10 qol qabaqlayır.

 

Kişilərin yarışında isə rəqabət daha güclüdür. Siyahıya başçılıq edən Kiril Razumov (43 qol) “Qarabağ”ın həndbolçusu Ramazan Muradovu cəmi 1 qol üstələyir.

 

6 turdan sonra bombardirlər yarışı aşağıdakı kimidir:

 

Qadınlar

 

1. Kamilə Bayramova (“Azəryol”) - 48 qol

 

2. Sabina Mustafayeva (“İdman Akademiyası”) - 38

 

3. Violetta Afanasyeva (“Azəryol”) - 35

 

4. Veronika Straxova (“Azəryol”) - 33

 

5-6. Minayə Məmmədova (“Qarabağ”) - 31

 

5-6. Luiza Nikitşenko (“Bakı”) - 31

 

7. Militsa Stamatoviç (“Kür”) – 30

 

Kişilər

 

1. Kiril Razumov (“Azəryol”) - 43

 

2. Ramazan Muradov (“Qarabağ”) - 42

 

3. Röyal Mürsəlov (“İdman Akademiyası”) - 36

 

4. Bojidar Simiç (“Kür”) - 34

 

5. İslam Slemanov (“Qarabağ”) - 29

 

6. Abubakar Atabo (“Kür”) - 29

 

7. Kamran Məmmədov (“Qarabağ”) - 27

 

Qeyd edək ki, qadınların çempionatında “Qarabağ” 12, kişilərin liqasında isə “Kür” 10 xalla turnir cədvəlinə başçılıq edir.