"Hər iki görüşdə "Real"a qol hədiyyə etdik" - Hummels

"Hər iki görüşdə "Real"a qol hədiyyə etdik. Bu, futboldur və burada belə səhvlər normaldır. Amma bu mərhələdə belə səhvlər bağışlanmır". SportLine.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu sözləri "Bavariya"nın müdafiəçisi Mats Hummles Çempionlar Liqasının yarımfinal mərhələsində "Real"a qarşı keçirilən görüşdən sonra deyib.

Təəssüratlarını bölüşən futbolçu, "Biz daha yaxşı oynadıq, daha çox imkanlar qazandıq. Qol vurmaq üçün daha çox şanslarımız oldu. Ancaq bu fürsətləri boşa verdik. Nəticədə, belə bir vəziyyətlə üzləşdik. Çempionlar Liqasında qalib olmaq istəyirsinizsə, yaxşı oynamaqla yanaşı, bəxtiniz də olmalıdır", - deyə bildirib.