İngiltərə klubları "Barselona"nın gənc futbolçusunu istəyirlər

İngiltərə klubları "Barselona"nın gənc futbolçusunu istəyirlər.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Everton" və "Aston Villa" klubları Fermin Lopez üçün təklif göndərməyə hazırlaşır. 

"Barselona" rəsmiləri 20 yaşlı yarımmüdafiəçinin satılmadığını deyib. Fermin Lopez də uşaqlıq xəyalı olan klubda çıxış etdiyi üçün təklifləri düşünməyəcəyini deyib.

Qeyd edək ki, Fermin Lopez bu mövsüm "Barselona" forması ilə çıxdığı 32 oyunda 6 oyunda 2 qol vurub.