İngiltərə Premyer Liqasında favoritlərin siyahısı yenilənib

İngiltərə Premyer Liqasında 28-ci turun nəticələrinə əsasən favoritlərin siyahısı yenilənib.

Sportline.az xəbər verir ki, məhşur statistik platforma "Opta Sports" “Mançester Siti”ni əsas favorit hesab edir.

"Şəhərlilər"in çempionluq ehtimalı 46% olaraq qiymətləndirilir. “Liverpul”un çempionluq imkanları 35% qiytmətləndirilir.

Hazırda turnir cədvəlinin zirvəsində qərarlaşan “Arsenal”ın çempionluq ehtimalı cəmi 19% təşkil edir.

Qeyd edək ki, 28 turdan sonra “Arsenal”  64 xalla turnir cədvəlinin lideridir.

Eyni xala malik “Liverpul” ikinci sıradadır. Üçüncü pillədəki “Mançester Siti’nin aktivində 63 xal var.