"İnter" "Atletiko" qarşısına belə çıxacaq

"İnter" bu gün Çempionlar Liqasının 1/8 final matçına qara sarğı ilə çıxacaq.

Sportline.az xəbər verir ki, milanlılar bu gün dünyasını dəyişən sabiq "İnterli" Andreas Bremeyə ehtiramlarını belə bildirəcəklər.

Almaniyalı dünya çempionu 65 yaşında vəfat edib.

Məşhur müdafiəçi karyerasının ən parlaq səhifələrindən birini məhz "İnter"də yazıb.

Qeyd edək ki, "İnter" - "Atletiko" matçı gecə yarısı başlanacaq.