"İnter"in Avroliqa hazırlığı

Bakı "İnter"i növbəti mövsümün hazırlıqlarına start verib.

SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda üzvləri istirahəti bu gün başa vurub. Onlar "İnter Arena"da bir araya gələrək məşqlərə başlayıblar.

Qeyd edək ki, "İnter" 2017/2018 mövsümündə Azərbaycanı Avropa Liqasında təmsil edəcək.