"İspaniya futbolu üçün utanc vericidir"

Andre Terştegen ötən gecə keçirilən görüşlə bağlı İspaniya Futbol Federasiyasını tənqid atəşinə tutub.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, təcrübəli qolkiper görüş sonrası açıqlmasında :"Əmin olunki illər keçsə də bu qol barədə danışılacaq. Bütün dünyada qol texnalogiyası var, amma "El-Classico"da yoxdur ? Bu biyabırçılıqdır, bu xəcalət vericidir. Bütün dünyanın gözü bizim oyunumuzda idi amma hakimlər qol olmadığını dedilər. Gedin təkrara baxın, görüntüləri yavaşladın. O zaman nə demək istədiyimi anlyacaqsınız. İspaniya Futbol Federasiyası yeniliklərə açıq olmalıdır. Belə biyabırçılıq ola bilməz",-deyib.

Qeyd edək ki, "Real Madrid" "Barselona" görüşü meydan sahiblərinin 3-2 hesablı qələbəsi ilə başa çatıb.