İstanbulda keçiriləcək Super Kubokun vaxtı açıqlandı

2019-cu ildə İstanbulda keçiriləcək UEFA Super Kubokunun vaxtı müəyyənləşib. SportLine.az qitənin ali futbol qurumunun saytına istinadən xəbər verir ki, Çempionlar Liqası və Avropa Liqasının qalibləri arasında təşkil olunacaq görüş avqustun 14-nə planlaşdırılıb. 

Qeyd edək ki, Super Kubok oyununa "Vodafone Arena" ev sahibliyi edəcək.