Jiru ABŞ klubu ilə anlaşıb

"Milan"ın hücumçusu Olivye Jiru karyerasını MLS-də davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Fabrisio Romano X sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, fransalı forvard "Los Anceles" klubu ilə anlaşıb.

Təcrübəli futbolçunun yeni klubu ilə 2025-ci ilədək müqavilə bağlayacağı gözlənilir.

Qeyd edək ki, Fransa millisinin sabiq qapıçısı Uqo Loris də sözügedən komandanın formasını geyinir.