"Juninyonun transferi ilə bağlı rəsmi müraciət olmayıb"

Avropa Liqasındakı uğurlu çıxışın ardınca "Qarabağ"ın hücumçusu Juninyo qitənin bir neçə klubunun maraq dairəsinə düşüb.

Sportline.az xəbər verir ki, mediada dolaşan son məlumatlarda Fransa "Tuluza"sının da bu siyahıda olduğu bildirilir.

Bəzi mənbələrdə hətta Fransa təmsilçisinin keçidi artıq həll etdiyi də iddia olunur.

"Qarabağ"ın mətbuat katibi Anar Hacı Sportline.az-a açıqlamasında bu xəbərin həqiqəti əks etdirmədiyini deyib: "Bu da mətbuatdan oxuduğumuz xəbərlərdən biridir. Juninyo ilə bağlı hələ ki, rəsmi müraciət olunmayıb".

Qeyd edək ki, 27 yaşlı braziliyalının 2026-cı il iyunun 30-na qədər "Qarabağ"la müqaviləsi var.