Kamran Ağayev 3 oyunluq cəzalandırıldı

"Boavişta"nın şərəfini qoruyan azərbaycanlı qapıçı Kamran Ağayev cəzalandırılıb. SportLine.az xəbər verir ki, Portuqaliya Futbol Federasiyasının qəbul etdiyi qərara əsasən futbolçu növbəti üç görüşü kənardan izləməli olacaq. Buna səbəb, qolkiperin "Benfika" ilə oyundan sonra qırmızı vərəqə ilə cəzalandırılmasıdır. 

Xatırladaq ki, "Benfika" ilə görüşün ardından Kamran Ağayev "Benfika"nın futbolçuları ilə mübahisə edib. Komanda yoldaşları onu güclə sakitləşdiriblər.