Kamran Ağayev oynadı, "Boavişta" 1 xal qazandı

Azərbaycan millisinin üzvü Kamran Ağayevin şərəfini qoruduğu "Boavişta" Portuqaliya çempionatında növbəti görüşünü keçirib. SportLine.az xəbər verir ki, qapıçımızın start heyətində daxil olduğu matçda qalib müəyyənləşməyib - 1:1.

27-ci dəqiqədə "Boavişta"nın qapısına penalti təyin olunsa da, Kamran bu dəfə dueldən məğlub ayrılıb.

Qeyd edək ki, “Boavişta” 9 xalla 10-cu pilədə qərarlaşıb.