Karius rəsmən "Beşiktaş"da

"Liverpul"un qapıçısı Loris Kariusun "Beşiktaş"a keçidi rəsmiləşib. SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı qapıçı ilə iki illik müqavilə imzalanıb. Almaniyalı futbolçu bu müddətdə icarə əsasında İstanbul təmsilçisinin şərəfini qoruyacaq.

L.Kariusun keçidi Super Liqa klubunu 2.5 milyon avro xərcə salıb.

Qeyd edək ki, L.Karius 2016-cı ildən "Livepul"da çıxış edib.