“Kayserispor”da ayrılıq

Super Liqa komandalarından “Kayserispor”da istefa qeydə alınıb.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, “Kayserispor” klubu idman direktoru Murat Duman ilə qarşılıqlı olaraq yollarını ayırıb.

Klubdan verilən məlumata görə Murat Dumanın istəyi ilə bir toplantı keçirilib və ayrılıq qərarı alınıb.

Qeyd edək ki, Murat Dumanın növbəti mövsümdə klubun transfer siyasətinə yön verməsi üçün işindən ayrıldığı bildirilir.