"Səbail" "Kəpəz"i xalsız qoydu

Bu gün Topaz Premyer Liqasına 6-cı turun daha iki görüşü keçiriləcək. SportLine.az xəbər verir ki, turnir cədvəlinin zirzəmisində qərarlaşan "Kəpəz" debütant "Səbail"in qonağı olacaq.

Qələbə meydan sahiblərini autsayderlərdən bir qədər də uzaqlaşdıracaq. Gəncə təmsilçisi 3 xal əldə edəcəyi təqdirdə "Səbail"i arxada qoyacaq.

Matç saat 17:30-da başlanacaq.


23 sentyabr 2017
TPL, 6-cı tur

“Səbail” -  “Kəpəz” - 1:0
QOL: 
Elman Taqayev, 60 (1:0)

Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Cavanşir Yusifov,  Rauf Cabbarov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Fazil Mürşüdov
“Dalğa Arena”

Standings provided by Sofascore LiveScore