Klopp karyerasında ilk dəfə bu addıımı atıb

Yurgen Klopp karyerasında ilk dəfə bir oyunçuya müdafiə olunmamağa icazə verib
Almaniyalı mütəxəssis Uefa Avropa liqasının 1/8 final mərhələsinin cavab oyununda “Sparta Praqa” ilə matçda oyunçusuna bu fürsəti tanıyıb.
Sportline.az Championat.com-a istinadla xəbər verir ki, “Liverpul”un çalışdırıcısı mersisaydlıların misirli hücumçusu Mohammed Salaha müdafiə olunmamağa necə icazə verdiyindən danışıb.
Mütəxəssis BBC-yə müsahibəsində “Bu oyunda ilk dəfə bir oyunçuma müdafiə olunmamağa icazə verdim. İstəyirdim ki, Salah mümkün qədər çox qol vursun. O,çox təcrübəli futbolçudur. Qakpo ofsayda düşməsəydi Salah daha bir qol vura bilərdi” fikirlərini səsləndirib.

Qeyd edək ki 6-1 hesabı ilə başa çatan “Liverpul” - “Sparta” oyununda Salah 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.