Klopp narahatlığını gizlətmədi

İngiltərə futbolu həvəskarlarını martın 10-da maraqlı duel gözləyir.

Sportline.az xəbər verir ki, həmin gün "Liverpul" və "Mançester Siti" komandaları münasibətləri aydınlaşdıracaqlar.

Mersisaydlıların baş məşqçisi Yurgen Klopp oyunla bağlı narahatlığını gizlətməyib.

"Çox güclü rəqiblə qarşılaşacağıq. Rəqibin heyətində olduqca ağıllı oyunu ilə seçilən Holand kimi forvard var. Müdafiəçilərimiz onun qarşısına alsalar belə, Foden kimi futbolçudan təhlükə gözləyirik. Onun uzaq məsafələrdən zərbələri çox təhlükəlidir", - deyə Klopp "BBC"yə açıqlamasında bildirib. 

Qeyd edək ki, "Liverpul" - "Mançester Siti" matçı martın 10-u Bakı vaxtı ilə 19:45-də başlanacaq.