Klub prezidenti: "Futbol xəstədir"

"Napoli"nin prezidenti Aurelio De Laurentis müasir futbolun vəziyyətindən gileylənib.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Nikolo Skira X sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, məşhur iş adamı bir çox məqamlara toxunub.

"Futbol xəstədir. Niyə belədir? Çünki futbolun iqtisadiyyatı bu haldadır. Liqalar və klublar maliyyə cəhətdən rəqabət apara bilmirlər. Əksər klublar borc içində boğulur. Bu vəziyyətdə ümumi mənzərə ürəkaçan olmur", - deyə Laurentis narazılığını ifadə edib.

Qeyd edək ki, "Napoli" də maliyyə cəhətdən super klublarla rəqabətdən geri qalanlardan hesab olunur.