Kolumbiya çempionatında dəhşətli hadisə baş verib

Kolumbiya çempionatının oyununda dəhşətli anlar yaşanıb.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Kolumbiya Aperturasının 18-ci həftəsində keçirilən “Medelin” – “Atletiko Nasional” derbisində qonaqların futbolçusu Pablo Keppelin başına tribunadan bıçaq atılıb.

Həkimlər dərhal oyunçuya müdaxilə ediblər.Baş hakimin isə oyunu dayandırmamağı diqqət çəkib.

Qeyd edək ki, qarşılaşma 2-2 hesablı bərabərliklə yekunlaşıb.