Konte PSJ-də işləmək istəyir

"Çelsi"nin mövsümün sonunda Antonio Konte ilə vidalaşacağı dəqiqləşib. SportLine.az xəbər verir ki, italiyalı mütəxəssisin meneceri "Times"a açıqlamasında London klubu ilə yolları ayırmağa hazırlaşdıqlarını dilə gətirib.

Məlumata görə, A.Konte PSJ-nin sükanı arxasına keçmək niyyətindədir. O, Fransa klubu ilə danışıqlar aparmaq barədə menecerinə göstəriş verib.

Qeyd edək ki, PSJ-nin Tomas Tuxellə maraqlandığı da bildirilir.