"Konyaspor" Sərgən Yalçınla yolları ayırdı

"Konyaspor" rəhbərliyi komandanın baş məşqçisi Sərgən Yalçınla yolları ayırıb. SportLine.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xəbərdə S.Yalçınla yanaşı, onun köməkçiləri, Murat Şahin, Çağdaş Atan, Murat Kaytaz, Levent Açıl və Gürsoy Yalçının komandadan göndərildiyi bildirilir.

Qeyd edək ki, ötən mövsüm "Konyaspor" Super Liqanı 15-ci pillədə tamamlayıb.