"Kopenhagen" kifayət qədər təcrübəli komandadır - Miçel

"Rəqibimiz olduqca güclüdür və Çempionlar Liqasında yetərincə təcrübələri var". SportLine.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Miçel "Kopenhagen"lə oyundan öncə keçirilən mətbuat konfransında deyib.

"Rəqibin hansısa futbolçunu fərqləndirməzdim, komanda halında oynayırlar", - deyən yarımmüdafiəçi, "Təbii ki, sabah onlar da azarkeşlərinin dəstəyi ilə uğur qazanmağa çalışacaq. Amma biz inanırıq ki, sabah sərfəli nəticə qazanıb bu mərhələni keçəcəyik”, - deyə bildirib.

Xatırladaq ki, bu komandalar arasında ilk görüş "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 1:0.