“Latsio’ yeni baş məşqçisini təqdim edəcək

Maurisio Sarri ilə yollarını ayıran “Latsio” klubu yeni baş məşqçisi ilə müqavilə imzalayacaq.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, xorvatiyalı çalıdırıcı İqor Tudor üçün bugün təqdimat mərasimi keçiriləcək.

Tudorun artıq İtaliyaya gəldiyi bildirilir.

Qeyd edək ki, əvvəllər “Qalatasaray’ı da çalışdırmış 45 yaşlı mütəxəssislə müqavilə 2025-ci ilə kimi imzalanacaq.