Leao "Milan"dakı gələcəyindən söz açıb

"Milan"ın ulduzu Rafael Leao klubdakı gələcəyi ilə bağlı düşüncələrini bölüşüb.

Sportline.az xəbər verir ki, portuqaliyalı hücumçu komandanın fanatlarını narahat olmamağa çağırıb.

"Mənim gələcəyim "Milan"a bağlıdır. Klubla 4 illik müqaviləm var. Bu klub çətin vaxtlarımda mənə dəstək olub. Bunu unutmuram. Mən sadiq insanam. Bura gələndə uşaq idim. İnsan və futbolçu kimi Milanda böyümüşəm. Bu komanda ilə böyül uğurlar qazanmaq arzusundayam", - deyə Leao gələcəyi ilə bağlı planlarını jurnalist Nikolo Skira ilə bölüşüb.

Qeyd edək ki, bu mövsüm 33 oyuna çıxan Leao 9 qol və 8 assist müəllifidir.

Onun transfer qiyməti 90 milyon avrodur.