Libertadores Kubokunda kütləvi dava

Libertadores Kubokunun qrup mərhələsi çərçivəsində keçirilən “Penyarol” – “Palmeyras” matçında xoşagəlməz hadisə yaşanıb. SportLine.az xəbər verir ki, final fitindən dərhal sonra ara qarışıb və futbolçular arasında dava düşüb.

Hadisənin mərkəzində bir vaxtlar "Qalatasaray"da çıxış edən Felipe Melo olub. Rəqib futbolçuya yumruq zərbəsi endirən yarımmüdafiəçi daha sonra mühafizəçilərin nəzarəti altında meydandan kənarlaşdırılıb. 

Qeyd edək ki, səfərdə 3:2 hesablı qələbə qazanan “Palmeyras” 4 turdan sonra 10 xalla qrup lideridir. “Penyarol” isə 3 xalla sonuncu pillədə qərarlaşıb.