“Liverpul” Fransa klubunun baş məşqçisi ilə danışıq aparıb

Yurgen Kloppun ayrılıq qərarından sonra baş məşqçi axtarışında olan “Liverpul”da diqqətlər Fransaya yönəlib.

Sportline.az “Anfield Watch”a istinadla xəbər verir ki, “Liverpul” klubu “Lill”in çalışdırıcısı Paulo Fonseka ilə qeyri – rəsmi danışıqlar aparıb.

Mənbənin xəbərinə görə klub rəhbərliyi Fonsekanın Fransadakı işini yüksək qiymətləndirir.

Paulo Fonseka buna qədər “Porto”, “Şaxtyor Donetsk” və “Roma” kimi klublarda baş məşqçi vəzifəsində çalışıb.

2022-ci ildən isə “Lill”in sükanı arxasındadır.

Qeyd edək ki, “Lill” bu mövsüm Fonsekanın rəhbərliyi altında 29 oyunda 52 xal toplayaraq 4-cü pillədə qərarlaşır.