Lunyov püşkü dəyərləndirdi

"Qarabağ"ın qapıçısı Andrey Lunyov Avropa Liqasının 1/8 final mərhələsinin püşkünü dəyərləndirib.

Sportline.az xəbər verir ki, 32 yaşlı qolkiper "Bayer"lə yollarının yenidən kəsişməsindən məmnun olduğunu bildirib.

"Yenidən bu komanda ilə düşməyimiz əla oldu. Hazırda çox yaxşı vəziyyətdədirlər. Qələbə qazanıb, növbəti mərhələyə yüksəlməyə çalışacağıq. Bu, "Bayer"dir. Belə rəqibə qarşı meydanda döyüşmək lazımdır", - deyə Lunyov "MATÇ TV"yə müsahibəsində fikrini açıqlayıb.

Qeyd edək ki, rusiyalı qolkiper Avropa Liqasının cari mövsümündə meydana çıxdıı 8 oyunda 13 top buraxdığı halda, 3 görüşdə qapısını toxunulmaz saxlayıb.