"Mançester Siti" "Real"ın təklifini rədd etdi

Növbəti mövsüm üçün heyətini gücləndirmək istəyən "Mançester Siti"nin Mateo Kovaçiçi transfer etmək niyyəti alınmayıb. SportLine.az "Sky Sport"a istinadən xəbər verir ki, futbolçunun məxsus olduğu "Real" klubu keçidin reallaşması üçün 80 milyon funt-sterlinq tələb edib. "Şəhərlilər" isə bu məbləği ödəmək niyyətində deyillər.

Qeyd edək ki, M.Kovaçiç 2015-ci ildə "İnter"dən "Real"a keçib.