"Mançester Siti"dən "Çelsi"yə 100 milyonluq təklif

"Mançester Siti" "Çelsi"nin hücumçusu Eden Azara elçi düşüb.

SportLine.az "Star"a istinadən xəbər verir ki, Pep Quardiola növbəti mövsüm futbolçunu komandasında görmək istəyir. "Şəhərlilər" belçikalı futbolçunun keçidi üçün 100 milyon funt-sterlinq ödəməyə hazırdırlar.

Məlumata görə, Mançester təmsilçisi 27 yaşlı hücumçu ilə rəsmi danışıqlara başlayıb.