"Mançester Siti"dən mövsümün ilk transferi

Növbəti mövsümə hazırlıqlara start verən "Mançester Siti" ilk transferini reallaşdırıb. SportLine.az xəbər verir ki, "şəhərlilər" "Monako"nun gənc ulduzu Bernardo Silva ilə razılığa gəlib.

22 yaşlı futbolçu tibbi müayinədən keçmək üçün İngiltərədədir. Onunla münasibətlər yaxın günlərdə rəsmiləşdiriləcək.

Qeyd edək ki, futbolçu cari mövsüm meydana çıxdığı 58 oyunda 11 qol vurub.