"Mançester Yunayted" "Liverpul" qarşısına belə çıxacaq

Martın 17-də İngiltərə Kubokunun 1/4 final mərhələsində maraqlı duel gözlənilir.

Sportline.az xəbər verir ki, söhbət "Mançester Yunayted" - "Liverpul" matçından gedir.

Oyunqabağı mançesterlilərin heyətində zədəlilərin olması komandanın fanatlarını qayğılandırırdı.

Amma baş məşqçi Erik Ten Haq narahatlığa əsas olmadığını bildirib.

Niderlandlı mütəxəssis Rasmus Hoylund, Harri Maquayr və Aaron Van-Bissakanın artıq komandanın məşqlərinə qatıldığını deyib. 

Sözügedən futbolçuların martın 17-dəki oyunda heyətdə olacağı gözlənilir.