Daha bir ulduz karyerasını Saudiyyə Ərəbistanında davam etdirə bilər

“Mançester Yunayted”də çıxış edən Kazemiro karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sporline.az Championat.com-a istinadla xəbər verir ki, bu barədə jurnalist  Ekrem Konur məlumat yayıb.Braziliyalı futbolçunun hansı kluba keçəcəyi ilə bağlı məlumat verilmiyib.Kazemiro Braziliya klubu “San-Paulo”nun yetirməsidir.2013-cü ildə “Real Madrid”in futbolçusu olan Kazemiro 9 ildən sonra “Mançester Yunayted”ə keçib.

Bu mövsüm İngiltərə klubu ilə 21 oyuna çıxan yarımmüdafiəçi 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki,futbolçunun “qırmızı şeytanlar”la olan müqaviləsi 2026-cı ilin iyununda başa çatacaq.Transfermarkt portalında Kazemironun transfer dəyəri 30 milyon avro olaraq qiymətləndirilir.