Məhşur jurnalist Fabrisio “Qalatasaray”ın ulduzuna təzminat ödəyəcək

Məhşur italiyalı jurnalist Mauro İkardi və Vanda Naraya təzminat ödəyəcək.

Sportline.az Ntvspor-net-ə istinadla xəbər verir ki, italiyalı jurnalist Fabrisio Koronanın Vanda Nara haqqında xəbəri başına bəla olub. Məhkəmə Koronanın Vanda Nara, Mauro İkardi və Marselo Brozoviçə təzminat ödəməsinə qərar verib.

Jurnalist, son illərdə Vanda Naranın Brozoviçlə birlikdə İkardiyə xəyanət etidiyinə dair bir xəbər paylaşmışdı.
Sözügedən xəbərdən sonra Vanda Nara və İkardi Brozoviçlə birlikdə Koronanı məhkəməyə vermişdi.

Bir müddətdir davam edən məsələ ilə bağlı məhkəmənin qərarına əsasən, Korona Vanda Nara, İkardi və Brozoviçə təzminat ödəməli olacaq.

Qeyd edək ki, italiyalı jurnalist İkardi və Vanda Naraya 7500 avro, Brozoviçə isə 5 min avro məbləğində təzminat ödəyəcək.

Əlavə olaraq Koronanı özünə də 1500 avro pul cəzası verilib.