Məmmədyarovdan növbəti heç-heçə

Hollandiyanın Veyk-an-Zeye şəhərində şahmat üzrü "Tata Steel Chess" superturniri davam edir. SportLine.az xəbər verir ki, iştirakçılar növbəti gün 3-cü tur çərçivəsində üz-üzə gəliblər.

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov rusiyalı Maksim Matlakovla qarşılaşıb. Ağ fiqurlarla oynayan qrossmeysterimiz rəqibin müqavimətini qıra bilməyib. 

Bu, Ş.Məmmədyarovun turnirdə ikinci heç-heçəsi olub.

Qeyd edək ki, hazırda şahmatçımızın aktivində 2 xal var və o, 3-5-ci yerləri bölüşür.

Ş.Məmmədyarovun 4-cü turdakı rəqibi ukraynalı Sergey Karyakin olacaq.