Məşhur futbolçunun saxlanma səbəbi açıqlandı

Kvinsi Promesin Birləşmiş Ərəb Əmirliklərinin hava limanında saxlanılma səbəbi bəlli olub.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, Moskva “Spartak”ının hücumçusu komanda BƏƏ-də qış təlim-məşq toplanışında olarkən avtomolillə qəzaya düşüb və hadisə yerindən qaçıb.

Məhz buna görə niderlandlı futbolçu Rusiyaya gedən təyyarəyə buraxılmayıb və hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.